ELM VƏ TƏHSİL


“Vikipediya”da elm və mədəniyyət xadimləri haqqında məqalələr yaradılıb

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da müxtəlif mövzularda məqalələrin yaradılması davam edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, vikikönüllülər tərəfindən “Vikipediya”da elm və mədəniyyət xadimləri haqqında məqalələr yaradılıb və əsaslı redaktə olunub. Azərbaycanlı sosioloq, tarixçi, dilçi alim Əhməd Yəzdani, kimyaçı alim, professor Minirə Ağahüseynova, professor Rauf İsrafilov, Qarabağ döyüşlərinin iştirakçısı Zamiq Əsgərov, şair Hüseyn Nadim Naxçıvani, ədəbiyyatşünas, tərcüməçi Cəlil Nağıyev, İmadəddin Nəsiminin heykəli (Kiyev), Əhməd bəy Ağaoğlunun “Şuşa, Peterburq və Paris xatirələri” kitabı haqqında məqalələr yaradılıb.

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov, tənqidçi, ədəbiyyatşünas Kamal Talıbzadə, dramaturq Qurban Musayev, müəllim, maarifçi qadın Xədicə Ağayeva, yazıçı, tərcüməçi və nasir Cahanbaxş Cavadzadə haqqında məqalələr isə əsaslı redaktə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.