ELM VƏ TƏHSİL


“Vikipediya”da hərbi mövzuda yüzlərlə məqalə yaradılıb

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən doğma dilimizdəki “Vikipediya”da bu günə qədər hərbi və vətənpərvərlik mövzularında üç yüzdən çox məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalələrdə Azərbaycanın görkəmli hərbçiləri haqqında maraqlı məlumatlar əks olunub. Eyni zamanda, “Vikipediya”nın digər xarici dil bölmələrində Milli qəhrəmanlarımız haqqında yüzlərlə məqalə yaradılıb.

Qeyd edək ki, Azərbaycan dilindəki "Vikipediya"da məqalələrin sayı ümumilikdə 161 mini keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.