ELM VƏ TƏHSİL
“Vikipediya”da müxtəlif dillərdə tarixi mövzularda məqalələr yaradılır
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən tarixi memarlıq abidələri, qədim bina və tikililər haqqında məqalələr yaradılır, redaktə olunur və zənginləşdirilir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da Azərbaycan və ingilis dillərində XIV əsrdə Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə Balaxanı qəsəbəsində tikilmiş ovdan haqqında məqalə yaradılıb. Məqalədə tikilinin tarixi, memarlıq xüsusiyyətləri barədə məlumatlar əksini tapıb.
Qeyd edək ki, ovdan suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz və yaxud nohurdur.
“Vikipediya”da tarixi mövzularda məqalə yaradılması prosesi davam edir.