ELM VƏ TƏHSİL
“Vikipediya”da ölkəmizin tarixi və mədəniyyəti haqqında məqalə yaradılması davam edir
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri haqqında məqalə yaradılması prosesi davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da “Qafqazın parlayan ulduzu - Azərbaycan” kitabı haqqında məqalə yerləşdirilib.
Kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və digər mövzular haqqında ətraflı məlumat verilib. Nəşrin müəllifləri Macarıstanın tanınmış alimi, Borbala Obruzanskinin və Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovdur. Kitabın elmi məsləhətçisi “Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti”nin sədri Ramiz Əmirlidir. Nəşrin redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.
Kitab haqqında məlumatla linkdə tanış olmaq mümkündür.