ELM VƏ TƏHSİL


“Vikipediya”da tarixi memarlıq abidələri haqqında məqalə yaradılması davam edir

Bakı, 14 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən tarixi memarlıq abidələri, Bakının qədim binaları haqqında məqalələr yaradılır və redaktə olunur.

MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dilində olan “Vikipediya”da 1910-cu ildə Bakıda tikilmiş ilk sinematoqraf binası (indiki Kukla Teatrı), Rılski qardaşlarının yaşayış evi (indiki Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı) və Bakı texniki peşə məktəbinin binası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) haqqında məqalə yaradılıb. Məqalələrdə binaların tarixi, memarlıq xüsusiyyətləri və sonrakı istifadələri barədə məlumatlar əksini tapıb.

“Vikipediya”da tarixi memarlıq abidələri haqqında məqalə yaradılması davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.