ELM VƏ TƏHSİL


“Vikipediya”da tarixi mövzularda məqalələr yeni faktlarla zənginləşdirilir

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Gəncə üsyanı (1920) haqqında məqalə əsaslı redaktə olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə 1920-ci il mayın 26-dan 31-dək Gəncədə baş vermiş xalq üsyanı haqqında məlumatlar daha da zənginləşdirilib. Oxucular “Aprel işğalı”, “Azərbaycan Xalq Cümhuriyyəti ordusuna qarşı siyasət”, “Hərbi-siyasi vəziyyət”, “Köhnə Azərbaycan ordusu”, “Nizamsız dəstələr”, “Hazırlıq”, “Bolşeviklərin həbsi”, “Sonrakı günlər”, “Üsyanın yatırılması”, “Sonrakı hadisələr” və digər bölmələrdə maraqlı məlumatlarla tanış ola bilərlər.

Qeyd edək ki, bu il Gəncə üsyanının 100 ili tamam olur.

Məqalə ilə qeyd olunan linkdə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.