ELM VƏ TƏHSİL


“Vikipediya”da türk dünyası ilə bağlı 150-dən çox məqalə yaradılıb

Bakı, 19 fevral, AZƏRTAC

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən 150-dən çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, könüllülər tərəfindən krımçak mənşəli şair İlya Selvinski, rəssam Uilyam Allanın “Başqırdlar” rəsmi, Altay şairi və dramaturqu Şatra Şatinov, Krım tatarı olan toxuma ustası Adaviyə Əfəndiyeva, Saxa Xalq şairləri Leonid Popov, Moisey Yefimov, Xakasiya Yazıçılar Birliyinin yaradıcısı və ilk sədri Nikolay Domojakov, Saxa şairi və yazıçısı Erilik Eristiin, Xakas dramaturqu, tərcüməçi, pedaqoq və ictimai xadim Qalina Kazaçinova haqqında məqalələr yaradılıb.

Layihə barədə məlumat verən R.Əhmədov qeyd edib ki, könüllülər məqalələrin yaradılmasında və “Vikipediya”da yerləşdirilməsində böyük həvəslə iştirak edirlər. Ona görə də gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.