ELM VƏ TƏHSİL


“Vikipediya”da türk dünyası ilə bağlı məqalələr yaradılır

Bakı, 17 noyabr, AZƏRTAC

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində məqalələrin zənginləşdirilməsi, yerləşdirilməsi və yeni mətnlərin yaradılması prosesi uğurla davam etdirilir. Məqsədimiz türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün daha əlçatan etmək və müvafiq sahədə informasiya bazasını genişləndirməkdir. Demək olar ki, layihə çərçivəsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə yaradılıb.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

“Könüllülər tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində Xəzər xaqanının qızı Çiçək, I Şah Abbasın Kartli və Kaxetiyaya yürüşləri, Baxtrioni üsyanı, On üçüncü qəbilə (Artur Kostler), Uzlar, Xəzər yazışmaları və Kurikanlar haqqında məqalələr yaradılıb. “Türk dünyası “Vikipediya”da” layihəsi davam edəcək. Gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq”, - deyə R.Əhmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.