ELM VƏ TƏHSİL


“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr zənginləşdiriləcək

Bakı, 23 yanvar, AZƏRTAC

Müasir dövrdə “Vikipediya”ya maraq getdikcə artır. “Vikipediya” hər xalqa öz mədəniyyətini, tarixini, ədəbiyyatını, dəyərlərini çatdırmaq nöqteyi-nəzərindən böyük imkanlar yaradır. Almaniyada yaşayan soydaşlarımız tərəfindən də “Vikipediya”da fəaliyyət göstərən qrup yaradılıb. Bundan sonra “Vikipediya”nın alman dili bölməsində ölkəmizlə bağlı məqalələr yaradılacaq və zənginləşdiriləcək.

Bu barədə AZƏRTAC-a "Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaşı-ekspert Elnur Eltürk məlumat verib. “Almaniyada yaşayan akademik təhsilli soydaşlarımız tərəfindən Alman-Azərbaycan Vikipediya Klubu formalaşdırılıb. Klubun heyəti Almaniyada təhsil alan, akademik dairələrdə çalışan vətənpərvər soydaşlarımızdan təşkil olunub. Qrupa Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlər keçirilib. Qrup “Vikipediya”da məqalələrin yaradılması və zənginləşdirilməsi qaydalarını mənimsəyib. Qrup peşəkarlardan təşkil olunduğu üçün effektiv, nəzərəçarpacaq işlərin ortaya qoyulacağı gözlənilir. Fəaliyyət istiqamətini müəyyən edən qrup üzvləri tərəfindən məqalələr tərcümə edilməklə bərabər, həm də əsaslı mənbələrlə Azərbaycanla bağlı məqalələr yaradılacaq və redaktə ediləcək”, - deyə Elnur Eltürk qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.