ELM VƏ TƏHSİL


“Vikipediya”nın gürcü dili bölməsində Azərbaycanla bağlı məqalələr zənginləşdiriləcək

Bakı, 1 may, AZƏRTAC

“Vikipediya”nın gürcü dili bölməsində Azərbaycanla bağlı məqalələrin zənginləşdirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Gürcüstanın Marneuli rayonunda “İnkişaf və Təhsil” Mərkəzinin nəzdində fəaliyyət göstərən Marneuli “Vikipediya” klubunun yeni könüllüləri “Qorqud” Vikipediya Metodik Klubunun onlayn təlimlərində iştirak edəcəklər. Təlimlərin keçirilməsində məqsəd Marneuli “Vikipediya” klubu və “Qorqud” Vikipediya Metodik Klubu arasında əməkdaşlığın genişləndirilməsini təmin etməkdir.

“İnkişaf və Təhsil” Mərkəzi öz ətrafında intellektual və gürcü dilini səlis bilən gəncləri birləşdirib. Mərkəzin rəhbəri Emin Əhmədov gənclərin təlimlərdə fəal iştirak edəcəyini bildirib. Həmçinin gənclərlə bu barədə söhbətlər aparılıb. Könüllülər “Vikipediya”nın gürcü dili bölməsində etibarlı, dəqiq mənbələrə söykənən məqalələrin yaradılmasını və zənginləşdirilməsini həyata keçirəcəklər. Xatırladaq ki, əvvəllər mərkəzin könüllülərinə “viki” təlimlər də keçirilib. Könüllülər tərəfindən Azərbaycana aid 300-dən çox məqalə yaradılıb və əsaslı redaktə edilib. Bu gün çalışmalıyıq ki, “Vikipediya”nın digər bölmələrində fəallığı təmin edək”, - deyə E.Elnur bildirib.

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.