ELM VƏ TƏHSİL


“Vikipediya”nın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqalə zənginləşdirilib

Bakı, 14 oktyabr, AZƏRTAC

“Vikipediya”nın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqalə zənginləşdirilib.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli “Vikipediya”nın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqaləni əsaslı mənbələrlə redaktə edərək zənginləşdirib. Məqalənin əvvəlki versiyasında təhrif olunmuş məlumatlar çoxluq təşkil edirdi. Mətndə boşluqlar və bitərəfli cümlələr aradan qaldırılıb, etibarlı, əsaslı istinadlar məlumata əlavə edilib. Bugünkü informasiya müharibəsi dövründə bu cür məqalələrdəki yanlışlıqların aradan qaldırılması gənclərimiz tərəfindən uğurlu töhfədir. Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli, departamentin nəzdində fəaliyyət göstərən “Vikipediya” qrupunun könüllüləri italyan dili bölməsində Azərbaycanla bağlı məqalələrin yenilənməsində böyük fəallıq göstərirlər. Bu günə qədər Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair çoxsaylı məqalə qrup tərəfindən zənginləşdirilib. Hazırda bu sahədə fəaliyyət uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.