ELM VƏ TƏHSİL


“Vikipediya”nın xarici dil bölməsində Azərbaycanla bağlı məqalələr zənginləşdirilir

Bakı, 19 mart, AZƏRTAC

“Vikipediya”nın xarici dil bölməsində Azərbaycanla bağlı məqalələrin yaradılması və redaktəsi daima prioritet olub və hazırda bu proses uğurla davam etdirilir.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, Azərbaycan “Viki” icmasının üzvləri “Vikipediya”da ölkəmizə aid müxtəlif dillərdə məqalələrin yaradılmasında fəal iştirak edirlər. Son aylar “Qorqud” Vikipediya Metodik Klubunun üzvləri “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində ölkəmizin tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında çox sayda məqalə yaradaraq bu işə öz töhfələrini veriblər. Bir neçə ay ərzində klubun üzvləri tərəfindən “Vikipediya”da Azərbaycan və müxtəlif dillərdə 250-yə yaxın məqalə etibarlı istinadlarla yaradılıb və əsaslı şəkildə redaktə edilib. Eyni zamanda, klub tərəfindən cəmiyyətdə “Vikipediya” ilə bağlı maarifləndirici təlimlər keçirilir. Bu günədək onlarla könüllü klubun təlimlərində iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri İctimai Birliyinin üzvlərinə, həmçinin Alman-Azərbaycan Vikipediya Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin könüllülərinə təlimlər keçirilib. Təlimlər nəticəsində “Vikipediya”da Azərbaycanla bağlı onlarla məlumat yerləşdirilib və bir sıra məqalələrdə boşluqlar aradan qaldırılıb.

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.