ELM VƏ TƏHSİL
“Vikipediya”ya 31 mart soyqırımı ilə bağlı məqalələr yerləşdirilib
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılan “Qorqud” viki klubunun könüllüləri tərəfindən azərbaycanlıların 1918-ci il 31 mart soyqırımına həsr olunan məqalələr yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalələrdən biri Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918–ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyası ilə bağlıdır. Burada komissiyanın fəaliyyəti və qərarları əks olunub. “Mart soyqırımı” məqaləsində 1918-ci il martın 30-dan və aprelin 3-dək Bakı şəhəri, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun” partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktları əksini tapıb. “Vikipediya”da yaradılan digər məqalələr isə Cənubi Azərbaycan, Lənkəran (1917-1919), Naxçıvan (1917-1920-ci illər), Qarabağ (1918-1920), Zəngəzur (1918-1920) bölgələrində baş vermiş soyqırımlarına həsr olunub.
Məqalələrlə https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Xalq
https://az.wikipedia.org/wiki/Mart_soyq%C4%B1r%C4%B1m%C4%B1
https://az.wikipedia.org/wiki/C%C9%99nubi_Az%C9%99rbaycanda_soyq%C4%B1r%C4%B1m
https://az.wikipedia.org/wiki/Lənkəran_qəzasında_soyqırımlar_%281917-1919%29
https://az.wikipedia.org/wiki/Naxçıvan_bölgəsində_soyqırımlar_%281917-1920-ci_illər%29
https://az.wikipedia.org/wiki/Qarabağ_bölgəsində_soyqırımlar_%281918-1920%29
https://az.wikipedia.org/wiki/Zəngəzur_qəzasında_soyqırımlar_%281918-1920%29 linkləri vasitəsilə tanış olmaq mümkündür.