Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vilayət Quliyev: müstəqillik yolunda ən mühüm mərhələlərdən biri yeni dövlətin beynəlxalq miqyasda tanınması idi

Cümhuriyyət hökumətinin Paris sülh konfransının Ali Şurasına təqdim etdiyi memorandum Azərbaycanın o vaxtkı ərazisi, əhalisi, iqtisadi imkanları, təbii sərvətləri barədə real təsəvvür yaradırdı

Bakı, 6 aprel, AZƏRTAC

 
Bolşevik işğalına uğramayacağı təqdirdə Azərbaycan Xalq Cümhuriyyətinin təkcə Qafqazda deyil, bütün Yaxın Şərq regionunda rifah və stabillik adasına çevrilməsi üçün bütün imkanları var idi. 
Tədqiqatçı-alim, səfir Vilayət Quliyev bu qənaətə Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin Paris sülh konfransının Ali Şurası üçün hazırladığı memorandumda əks olunan statistik məlumatlara və rəqəmlərə istinadla gəlib. Azərbaycan Xalq 
Cümhuriyyəti dövrünə aid maraqlı araşdırmalar müəllifi olan Vilayət Quliyev Birinci Respublikanın maliyyə-iqtisadi həyatı ilə bağlı “Claims of the Delegation of the Caucasian Azerbaijan” (“Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri”, Paris, 1919) adlı kitabdan əldə etdiyi həmin tarixi sənədi və yeni Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınması üçün göstərilən səylərlə bağlı qeydlərini AZƏRTAC-a təqdim edib.
 
Azərbaycan Cümhuriyyətinin müstəqilliyə gedən yolunun ən mühüm və çətin mərhələlərindən biri yeni dövlətin beynəlxalq miqyasda tanınması idi. Bu baxımdan 1919-cu ilin yanvarında məşhur Versal sarayında öz işinə başlayan Paris sülh konfransı əsas ümid yeri, mühüm siyasi arbitraj idi. Rusiya imperiyasının, Avstriya-Macarıstan və Osmanlı dövlətlərinin süqutundan və Almaniyanın bütün koloniyalarını itirməsindən sonra milli müstəqilliyə iddialı olan 13 yeni dövlət qurumu öz nümayəndələrini Fransa paytaxtına göndərmişdi. Onların arasında Azərbaycan Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan Cümhuriyyəti nümayəndə heyəti də vardı.

Heyət Bakıdan 1919-cu il yanvarın 10-da çıxsa da, Antanta dövlətlərinin yaratdıqları süni maneələr ucbatından üç aydan çox İstanbulda viza gözləməli olmuş, nəticədə Parisə yalnız mayın 12-də, sülh konfransının ən qızğın dövründə gəlib çatmışdı. Amma Cümhuriyyət nümayəndələrinin inadlı, məqsədyönlü fəaliyyəti nəticəsində boş keçən ayların da işi görülmüş, tanınma aktı ilə bağlı sülh konfransının Ali Şurasına zəruri məlumat və sənədlər vaxtında təqdim edilmişdi. Nəticədə Ali Şura 1920-ci il 10 yanvar tarixli iclasında Azərbaycan və Gürcüstan respublikalarının de-fakto müstəqilliyini tanımışdı. Heç şübhəsiz, bu, beynəlxalq miqyasda Azərbaycan diplomatiyasının qazandığı ilk mühüm qələbə idi.

Yeni dövlətlərin hamısı sülh konfransının katibliyinə sərhədlərinin dəqiq təsviri də daxil olmaqla, əhatəli tarixi, siyasi, iqtisadi və s. aspektləri, ölkə ilə bağlı demoqrafik və statistik məlumatları da özündə əks etdirən memorandum təqdim etməli idilər. Ə.Topçubaşov belə bir sənəd üzərində hələ İstanbulda işləməyə başlamışdı. Nümayəndə heyəti tam tərkibdə (ingilislərin İstanbulda həbsxanaya atdıqları Əhməd Ağaoğlu istisna olmaqla) Parisə gələndən sonra isə memorandum üzərində iş daha böyük vüsət almışdı. Nəticədə 1919-cu ilin sentyabrında Ali Şuraya təqdim etmək üçün konfransın işçi dilləri sayılan ingilis və fransız dillərində tərtib və çap olunmuş “Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri” adlı sənəd tam hazır idi.

Yeni dövlətlərin tanınması əsasən böyük güclərin siyasi iradəsinə bağlansa da, istənilən halda müstəqil dövlətçilik həyatına başlamaq istəyən xalqın ərazisi, iqtisadi imkanları, təbii sərvətləri kimi amillərə də mühüm diqqət yetirilirdi. Ona görə də Azərbaycan heyətinin Ali Şura üçün hazırladığı memorandumda Azərbaycanın təbii sərvətləri, kənd təsərrüfatının və sənayenin perspektivləri, ölkə əhalisinin tərkibi, əmək qabiliyyəti və işgüzarlığı haqqında geniş məlumat verilmişdi. Heyət üzvlərinin fikrincə, bütün bu rəqəm və məlumatlar millətlərin azad yaşamaq hüququna qadağa qoyan, yaxud icazə verən yüksək Avropa dairələrində Azərbaycanın iqtisadi müstəqilliyi ilə bağlı gerçək təsəvvür yaratmalı idi.

Memoranduma Azərbaycan Cümhuriyyətinin gənc dövlətin qısaömürlü mövcudluğunda yeganə stabil il olan 1919-cu ilin dövlət büdcəsi ilə bağlı rəqəmlər də daxil edilmişdi. Təbii ki, bu rəqəmlərin tarixi aspektdə təhlili və onların arxasında dayanan reallıqların üzə çıxarılması daha çox iqtisadçıların maraq dairəsinə daxil olmalıdır.

İlk baxışdan yaranan ümumi mənzərə belədir: bolşevik işğalına uğramayacağı təqdirdə Azərbaycanın təkcə Qafqazda deyil, bütün Yaxın Şərq regionunda rifah və stabillik adasına çevrilmək üçün bütün imkanları var idi. Yeganə şərt xarici müdaxilənin olmaması idi. Amma hər kəsə məlumdur ki, tarix şərt şəklini qəbul etmir...

Vilayət Quliyev

Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin sülh konfransının Ali Şurası üçün hazırladığı memorandumun iqtisadi blokuna daxil olan bölmələr və 1919-cu ilin dövlət büdcəsi ilə bağlı rəqəmlər

 

Azərbaycan Respublikasının ərazisi və əhalisinin sayı

Təqdim olunmuş memoranduma əlavədə ərazinin sahəsi, respublikanın sərhədləri və əhalisi haqqında dəqiq statistik məlumatlar verilib.

Ərazi

Memoranduma əlavə edilən xəritədən də göründüyü kimi, respublika hökumətinin tabeliyindəki ərazi şərqdə Xəzər dənizi, şimalda Dağıstan, Şimali Qafqaz və Gürcüstan, qərbdə Gürcüstan və Ermənistan, cənubda İranla həmsərhəddir.

Azərbaycan Respublikası hökumətinin həqiqi hakimiyyəti altındakı ərazi 83278,66 kvadratverst, yaxud 94137,38 kvadratkilometrdir. Bu, bütün Zaqafqaziyanın 217408 kvadratverst, yaxud 247376,15 kvadratkilometr olan ümumi ərazisinin 39 faizini təşkil edir.

Əgər hələlik Azərbaycan hakimiyyətinin yayılmadığı əraziləri də bura əlavə etsək, onda respublikanın ümumi ərazisi 132003,25 kvadratverst, yaxud 150184,88 kvadratkilometr olar ki, bu da bütün Zaqafqaziyanın ərazisinin 60 faizini təşkil edir.

Əhali

Azərbaycan Respublikası əhalisinin sayı yuxarıda göstərilən ərazilərə müvafiqdir. Əhalinin sayı haqqındakı məlumatlar Rusiya imperiyasının rəsmi statistikasından götürülüb. Bu məlumatlar, bir qayda olaraq, qeyri-dəqiqliyi ilə seçilir və bütünlükdə çox əvvəllər çap olunub.

Rusiyada əhalinin axırıncı siyahıya alınması 1897-ci ildə keçirilib. Təəssüf ki, biz də həmin siyahıyaalmanın nəticələrindən istifadə etməli oluruq, lakin daha dəqiq nəticələr əldə etmək üçün aradan keçən iyirmi il müddətində Azərbaycan əhalisinin sayını 25 faiz artırırıq. Əgər bütün Zaqafqaziya ərazisində hər iki cinsdən ibarət əhalinin sayını götürsək, burada 8 081 668 nəfərin yaşadığını görərik. Onların yarıdan çoxu Azərbaycanın payına düşür ki, bu da əhalimizin ümumi sayının 4 617 671 nəfərə çatdığını göstərir.

Həmin əhalinin 3 481 889 nəfəri azərbaycanlı-müsəlman, 795 312 nəfəri erməni, 26 585 nəfəri gürcü, 310 885 nəfəri başqa millətlərin (ruslar, almanlar, yəhudilər və s.) nümayəndələridir. Təfərrüatlı izahlarla müşayiət olunan statistik cədvəllər və xəritələr Zaqafqaziyanın, xüsusən də Azərbaycanın əhalisinin etnik baxımdan yerləşməsi və sayı haqqında aydın təsəvvür yaradacaqdır.

Lakin bu cədvəllərdə Rusiyanın rəsmi statistikası üçün səciyyəvi olan bir sıra qüsurlar da yox deyildir.

Azərbaycanın təbii sərvətləri

Azərbaycanın ərazisi təbii sərvətlərlə o dərəcədə zəngindir ki, əmin-amanlıq şəraitində gənc respublika dövlətini qurmağa və əhalisini öz məhsulları ilə tam şəkildə təmin etməyə qadirdir.

Neft

Dövlətin illik gəlirini təşkil edən sahələr içərisində Bakının neft istehsalı ilk yeri tutur. Azərbaycan paytaxtı öz nefti ilə bütün dünyada şöhrət qazanıb.

Neftli torpaqlarımızın ümumi sahəsi 1500 desyatindən çoxdur. İndiki neft sənayesi, sadəcə, mövcud mədənlərin istismarı nəticəsində hər il 550 milyon puddan 600 milyon puda qədər neft verir. Bu da Pensilvaniya və Limada çıxarılan neftin ümumi miqdarından 50 faiz çoxdur.

Həmin neftin mühüm hissəsi Azərbaycan dövlətinin ixtiyarında olan ərazilərdən hasil edilir. Neftli torpaqlar Bakı regionundan başqa, Şamaxı, Cavad bölgələrində də mövcuddur. Lakin burada neft istismarı müəyyən çətinliklərlə bağlı olduğundan həmin ərazilər hələlik dövlət ehtiyatı kimi toxunulmaz saxlanılmaqdadır. İstehsal olunan neftin 76 faizi dövlət torpaqlarından çıxarılır. Bakının yüzdən çox zavodunda 230 milyon puddan çox neft emal olunurdu. Hazır məhsulun 70 milyon pudu Mərkəzi Rusiyaya, qalan 160 milyon pudu isə Avropaya ixrac edilirdi. Avropaya ixrac olunan bütün neft məhsullarının üçdəbir hissəsi Bakının payına düşür.

Əgər biz bura neftdən alınan və əsas ixrac məhsullarını təşkil edən yüz milyon pudlarla digər məhsulları, habelə on milyonlarla pud alışqan mayeləri (benzin, benzolin, ağır neft, sürtkü yağları və s.) əlavə etsək, bu sahənin dövlət büdcəsi üçün nə qədər vacib və əhəmiyyətli olduğu aydınlaşar. Azərbaycan hökuməti tərəfindən neftdən alınan qeyri-müstəqim vergi 1919-cu ilin büdcəsində 125 milyon manat təşkil etmişdir.

Pambıq

Ölkə büdcəsindəki ikinci gəlir sahəsi Muğanda və başqa bölgələrdə becərilən, ümumi sahəsi 130 000 desyatinə çatan pambıq plantasiyalarıdır. Bu sahələrdən hər il 5 milyon puddan çox xam pambıq məhsulu toplanır.

İpəkçilik

Azərbaycanda qədim vaxtlardan geniş yayılmış ipək istehsalı indi 200 000 pud barama bəsləməyə imkan verir. Yüzdən çox ipəkçilik müəssisəsi həmin baramadan hər il 5–6 milyon rubl dəyərində ipək sap istehsal edir.

Balıqçılıq

Balıqçılıq Xəzər dənizində, Samurdan tutmuş Astaraya qədər 600 verstlik bir sahədə geniş yayılıb. Bundan əlavə, Kür və Araz hövzələrində müxtəlif növlərdən olan on milyonlarla pud balıq ovlanır. Həmin balıq məhsulundan 100 900 pud bahalı kürü istehsal olunur. Balıqçılıq sənayesinin məhsulları sırasına qurudulmuş və duzlanmış balıq, balıq yağı və s. də daxildir.

Üzümçülük və tərəvəzçilik

Üzümlüklər və tərəvəz məhsulları Yelizavetpol, Şamaxı, Nuxa, Bakı, Quba ərazilərində geniş yayılıb və ümumilikdə 50 000 desyatin sahəni əhatə edir. Hər il bu sahələrdəki plantasiyalardan 8 milyon puda qədər üzüm istehsal olunur və həmin məhsuldan da 7 milyon vedrəyə qədər şərab çəkilir.

Taxılçılıq

Bütün əyalətlərdə – Bakıda, Gəncədə, habelə Azərbaycanın digər bölgələrində 1,5 milyon desyatin əkinəyararlı torpaq müxtəlif növ dənli bitkilər üçün ayrılıb. Bu torpaqlardan toplanan taxıl məhsulları Azərbaycan əhalisinin çörəyə olan tələbatını tam şəkildə ödəyir.

Biyan

Azərbaycanın yuxarıda adlarını çəkdiyimiz bir sıra ərazilərində hər il çoxlu biyan kökü çıxarılır. Bu məhsulun yarıdan çoxu Qərbi Avropaya və Amerikaya ixrac edilir, qalan hissəsi isə Rusiyaya aparılırdı.

Cins heyvandarlıq

Əvvəlki dövrlərdə milli təsərrüfatın mühüm sahələrindən olan heyvandarlığın məhsuldarlığı indi Rusiyada yaranmış əlverişsiz şərait nəticəsində aşağı düşüb. Hətta bu əlverişsiz şəraitə baxmayaraq, Rusiya statistikasının məlumatına görə, Azərbaycanda mal-qaranın sayı 1 000 000, atların sayı 150 000, camışların sayı 300 000, dəvələrin sayı 12 000, qoyunların və keçilərin sayı 1 600 000-ə çatırdı...

Neft yataqları ilə yanaşı, Azərbaycanın ərazisi bir sıra digər təbii sərvətlərlə də zəngindir. Lakin təəssüf ki, indiyə qədər yalnız az sayda faydalı qazıntı yataqları istifadəyə verilib. Bir neçə metaləritmə zavodunda hər il 300 000 puda qədər mis istehsal edilir.

Azərbaycan ərazisində, həmçinin dəmir, sulfat, əhəng, gümüş, maqnezium, kobalt və s. yataqları mövcuddur. Ölkə mineral su, xüsusən də sulfatlı və kobaltlı sularla zəngindir. Azərbaycanda, həmçinin geniş meşələr də var.

Yalnız kəndlərdə deyil, şəhərlərdə də daşınmaz əmlak, əsasən, azərbaycanlılara məxsusdur və demək olar ki, bütün sənaye və istehsal sahələri onların əlində cəmləşib. Bakı şəhəri ən mühüm mərkəz – İran və Mərkəzi Asiya ilə tranzitin əsas nöqtəsidir. Şübhəsiz, bütün yuxarıda sadalanan sahələrdən əldə olunan qazanc da dövlətin illik gəlirinin əsasını təşkil edir. Əgər biz qazanc mənbələrinə gəlir vergisi verməyə qadir olan 4 milyon nəfərdən çox ölkə vətəndaşını da əlavə etsək, aydın olar ki, Azərbaycan Respublikasının illik gəliri onun bütün zəruri məsrəflərini ödəmək üçün tələb edildiyindən də artıqdır.

1919-cu il büdcəsinin bəzi rəqəmləri

Müharibənin və bolşeviklərin milli iqtisadi həyatda və Azərbaycanın maliyyə təsərrüfatında törətdikləri qarma-qarışıqlığa baxmayaraq, 1919-cu ildə dövlətin illik büdcəsi 665 milyon manata çatmışdı. Smetada nəzərdə tutulan bəzi büdcə xərcləri aşağıdakı şəkildə idi: şəhərlərin, kəndlərin və dağıdılmış təsərrüfatların bərpası üçün – 130 milyon manat, ümumi təhsil üçün müvəqqəti dotasiya – 30 milyon manat, ordunun təchizi üçün – 80 milyon manat.

“Azərbaycan Respublikasının maliyyə və iqtisadi vəziyyəti” adlı əlavədə dövlət büdcəsinin təsnifatı ilə bağlı daha təfərrüatlı məlumat verilib.

Qafqaz Azərbaycanı Respublikası

Büdcə

1919-cu il üçün illik gəlirin və büdcə xərclərinin smetası

İllik gəlir

Gəlir mənbəyi. Məbləğ (manatla)

I. Müstəqim vergilər:

1. Torpaq vergisi, mənzil kirayəsi – 115 000 000.

2. Hərbi mükəlləfiyyət vergisi, notarial vergilər – 30 000 000.

II. Qeyri-müstəqim vergilər:

Ağ neft, benzin, sürtkü yağları, kerosin, digər neft məhsullarına görə alınan vergi – 120 000 000.

III. Gömrük haqqı – 100 000 000.

IV. Möhür haqqı, azad ticarətdən, yükdaşımalardan; tranzit sərnişin və mallardan, malların sığortasından və s. alınan vergilər – 15 000 000.

V. Dövlət inhisarları – 7 000 000.

VI. Neft mədənlərinin istismarından, meşələrdən, pambıq tarlalarından, balıq vətəgələrindən alınan vergilər – 228 000 000.

VII. Dövlət dəmir yolunun xalis gəliri – 50 000 000.

Cəmi: 665 000 000.

Xərclər

Xərclərin adı. Məbləğ (manatla)

Adi xərclər

Ali dövlət idarələri:

1. Parlament – 7 000 000.

2. Daxili İşlər Nazirliyi – 20 000 000.

3. Xəzinədarlıq – 30 000 000.

4. Ədliyyə Nazirliyi – 13 000 000.

5. Xarici İşlər Nazirliyi – 10 000 000.

6. Təhsil Nazirliyi – 45 000 000.

7. Hərbi Nazirlik və Dəniz Donanması – 60 000 000.

8. Yerli hökumət – 75 000 000.

9. Əkinçilik və Dövlət Əmlakı Nazirliyi – 45 000 000.

10. Təchizat Nazirliyi– 17 000 000.

11. Əmək Nazirliyi – 10 000 000.

12. Poçt və Teleqraf Nazirliyi – 15 000 000.

13. Ticarət və Sənaye Nazirliyi – 32 000 000.

14. İctimai Təminat Nazirliyi – 15 000 000.

15. Dövlət nəzarəti – 6 000 000.

16. Gözlənilməz xərclər – 15 000 000.

Adi xərclərin ümumi məbləği: 415 000 000.

Fövqəladə xərclər

1. Bərpa işləri, kənd təsərrüfatı üçün xərclər – 130 000 000.

2. Epidemiyalara qarşı mübarizə – 10 000 000.

3. Ordunun illik təchizatı – 80 000 000.

4. Təhsil üçün müvəqqəti xərclər – 30 000 000.

Fövqəladə xərclərin məbləği: 250 000 000.

Smetanın ümumi məbləği: 665 000 000.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib