MƏDƏNİYYƏT


Vilnüsdə Azərbaycan musiqisi dinlənib VİDEO

Vilnüs, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Litvanın paytaxtındakı Vilnüs Ratuşasında “Şərq nağılları” adlı klassik musiqi konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsertdə Litva Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Aşıq Veysəl, Çağatay Akel, həmçinin fransız musiqiçiləri Moris Ravel və Marsel Qranjani kimi bəstəkar və xalq aşıqlarının əsərləri dinlənib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun idarə etdiyi konsertin solisti Çağatay Akel (arfada ifa edib) olub.

Konsert həmçinin Yalçın Adıgözəlovun 60, yaradıcılığının isə 30-cu ildönümü çərçivəsində həyata keçirilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.