DÜNYA


Vilnüsdə svastika qalmaqalı davam edir

Vilnüs, 16 sentyabr, AZƏRTAC

Ötən gecə Vilnüsdə yəhudilərin binası qarşısında naməlum şəxslər tərəfindən torpaqla çəkilmiş svastika təsviri ilə bağlı qalmaqal davam edir.

AZƏRTAC xəbər verir ki, Litva polisi bu hadisəni ciddi nəzarətə götürüb. Yəhudi icmasının rəhbəri Faina Kuklyanski bildirib ki, Litvada çoxdandır antisemitizm əlamətləri yox idi. Bu hadisə ölkədəki yəhudilərlə litvalıları qarşıdurmaya sövq etmək məqsədi daşıyır, lakin təşkilatçılar heç nəyə nail olmayacaqlar.

Qeyd edək ki, bir həftədən sonra Litvada yəhudi qırğını qurbanlarının yad edilməsi mərasimi keçiriləcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.