İDMAN


“Vilyareal” klubu Visente İborranı transfer edib

Bakı, 8 yanvar, AZƏRTAC

İspaniyanın “Vilyareal” futbol klubu İngiltərənin “Lester Siti” komandasının yarımmüdafiəçisi Visente İborranı transfer edib.

AZƏRTAC “Vilyareal”ın rəsmi saytına istinadla xəbər verir ki, 30 yaşlı ispan futbolçu ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb. Futbolçu artıq yanvarın 8-də yeni komandasının təlim-məşq toplanışında iştirak edib.

İborra cari mövsümdə “Lester Siti”nin heyətində 11 oyuna 1 qol vurub.

Qeyd edək ki, yarımmüdafiəçi karyerası boyunca İspaniyanın “Levante” və “Sevilya” klublarının heyətində çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.