İDMAN


“Vilyareal”ın iki futbolçusu “Bolonya” klubuna keçib

Roma, 7 yanvar, AZƏRTAC

“Vilyareal”ın italiyalı hücumçusu Nikola Sansone və komanda yoldaşı, yarımmüdafiəçi Roberto Soriano 6 ay müddətində icarə əsasında “Bolonya”da çıxış edəcək.

AZƏRTAC “football-italia” idman saytına istinadla xəbər verir ki, bu barədə “Bolonya” klubunun rəsmi saytında məlumat verilib.

Məlumata görə, klub müəyyən şərtlərin yerinə yetiriləcəyi təqdirdə N.Sansone ilə uzun müddətə müqavilə imzalaya bilər, R.Sorianonu isə almaq ehtimalına sahibdir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.