İDMAN


Vindzor Kral Atçılıq Şousunun birinci günündə Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub VİDEO

Bakı, 13 may, AZƏRTAC

Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi Kral Atçılıq Şousu çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildirilib ki, Azərbaycandan Britaniyaya qədər böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Beş min tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı izlədiyi 6 dəqiqəlik “Odlar Yurdu” tamaşasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

Mayın 12-dən 15-dək təşkil olunacaq şouda Azərbaycan nümayəndələrinin ümumilikdə dörd çıxışı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.