İDMAN


Vinq çun üzrə açıq Azərbaycan çempionatına Türkiyə və Gürcüstan idmançıları da qatılacaqlar

Bakı, 20 fevral, AZƏRTAC

Martın sonunda keçiriləcək vinq çun üzrə birinci açıq Azərbaycan çempionatında Türkiyə və Gürcüstan idmançıları da mübarizə aparacaqlar.

Bunu Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov AZƏRTAC-a müsahibəsində bildirib.

Ölkəmizdə vinq çun döyüş sənətinə böyük marağın olduğunu vurğulayan A.Sayadov qeyd edib: “Vinq çun döyüş sənətinin Azərbaycanda inkişafı istiqamətində 11 ildir çalışmağımıza baxmayaraq, Federasiya səkkiz ay əvvəl fəaliyyətə başlayıb. Yığma komandanın heyətini formalaşdırmaq məqsədilə bir neçə gün əvvəl Bakı çempionatı təşkil etdik. Martda isə idmanın bu növü üzrə birinci açıq Azərbaycan çempionatı keçiriləcək. Sevindirici haldır ki, həmin turnirdə yerli idmançılarla yanaşı, Türkiyənin və Gürcüstanın Vinq Çun federasiyaları da təmsil olunacaqlar. Çempionatda Azərbaycanın 12 rayonundan 300-dən çox idmançı gücünü sınayacaq”.

İdmançılarımızın daha nüfuzlu turnirlərdə də iştirak edəcəklərini diqqətə çatdıran A.Sayadov bildirib ki, atletlərimiz mayın 4-9-da Sankt-Peterburqda keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar. Bundan başqa, sentyabr sonu - oktyabrın əvvəllərində Honkonqda təşkil olunacaq dünya çempionatında da təmsilçilərimiz iştirak edəcəklər. Federasiyanın mayda keçiriləcək Avropa çempionatına 11 idmançı ilə qatılmasını nəzərdə tutmuşuq. Həmin yarışlara hazırlıq prosesinə artıq start vermişik.

Xatırladaq ki, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası ötən il iyulun 13-də rəsmi şəkildə fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.