İDMAN
Vinq çun üzrə birinci açıq Bakı çempionatı keçiriləcək
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 16-17-də Bakı Biznes Universitetinin idman zalında vinq çun üzrə birinci açıq Bakı çempionatı keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkil edəcəyi çempionatda uşaq və yeniyetmələr, gənclər və kişilər qüvvələrini sınayacaqlar.
Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarış Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən, iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçiriləcək. Yarışda Federasiyanın paytaxtda fəaliyyət göstərən 16 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 200-dək idmançı mübarizə aparacaq. İlk üç yeri tutacaq idmançılar martın sonunda keçiriləcək respublika çempionatında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]