İDMAN


Vinq çun üzrə birinci açıq Bakı çempionatının açılışı olub

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Bakı Biznes Universitetinin idman zalında vinq çun üzrə birinci açıq Bakı çempionatının açılış mərasimi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkil etdiyi çempionatda uşaqlar, yeniyetmələr, gənclər və kişilər qüvvələrini sınayacaqlar.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya növlərinin də sürətlə inkişaf etdiyini vurğulayıb. O, qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, vinq cuna da marağın ildən-ilə artdığını vurğulayan A.Sayadov idmançılara uğurlar arzulayıb.

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının vitse-prezidenti Jalə Əhmədova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Rəşad Əliyev və digərləri idmanın bu növünün inkişafında və istedadlı idmançıların üzə çıxarılmasında belə turnirlərin əhəmiyyətini qeyd ediblər.

Sonra turnirə start verilib.

Dünya Vinq Çun Birliyinin qaydaları əsasında keçirilən çempionatda idmançılar vinq çun-kontakt və vinq çun-taolu yarışlarında mübarizə aparırlar. Yarışlara federasiyanın paytaxtda fəaliyyət göstərən 16 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 230 idmançı qatılıb.

Turnirdə ilk üç yerin qalibləri martın sonunda keçiriləcək respublika çempionatında iştirak edəcəklər.

Açıq Bakı çempionatına fevralın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.