İDMAN


Vinq çun üzrə birinci respublika çempionatı keçiriləcək

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 19-20-də Bakı İdman Sarayında vinq çun üzrə birinci respublika çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə keçirəcəyi çempionatda uşaqlar, yeniyetmələr, gənclər və kişilər öz qüvvələrini sınayacaqlar. Yarışın açılış mərasimi aprelin 20-də saat 15:00-da olacaq.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarış Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən, iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçiriləcək.

Yarışda 20 klubdan 300 yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq. Çempionatda birinci yeri tutan idmançılar Honkonqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.