MƏDƏNİYYƏT
Vinsent Lorenzini: Novruz bayramı azərbaycanlılar üçün böyük əhəmiyyət daşıyır VİDEO
Paris, 18 mart, AZƏRTAC
Azərbaycanlı dostlarımın Novruz bayramını təbrik edirəm. Bilirəm ki, Novruz bayramı azərbaycanlılar üçün böyük əhəmiyyət daşıyır. Xalqın milli adət-ənənələrini ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a vaxtilə Azərbaycanda Fransa səfirliyinin mədəniyyət işləri üzrə attaşesi işləmiş, hazırda Fransa Mədəniyyət Nazirliyində çalışan Vinsent Lorenzini Fransadakı səfirliyimiz və UNESCO yanında Daimi Nümayəndəliyimizin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramı tədbirində deyib.
V. Lorenzini ölkəmizdə işlədiyi vaxt Novruz bayramının adətləri ilə yaxından tanış olduğunu və azərbaycanlı dostları tərəfindən bayrama dəvət edildiyini bildirib. Ölkəmizlə bağlı xoş təəssüratlarından danışıb. O, xalqımıza bayram təbrikini Azərbaycan dilində ifadə edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]