MƏDƏNİYYƏT


Violin ifaçılarının beynəlxalq müsabiqəsi başa çatıb

Bakı, 11 fevral, AZƏRTAC

Ü.Hacıbəyli adın Bakı Musiqi Akademiyasında (BMA) görkəmli violin ifaçısı, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illiyi münasibəti ilə violin ifaçılarının birinci beynəlxalq müsabiqəsi keçirilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin ideya müəllifi, təşkilatçısı BMA-nın professoru, Azad Əliyevin tələbəsi, professor Məleykə Əhədzadədir.

Müsabiqənin münsiflər heyəti sırasında Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə ilə yanaşı, digər iştirakçı ölkələr – Türkiyə, Qazaxıstan, İsrail və Özbəkistandan nümayəndələr də olub. Münsiflər heyətinin sədri Məleykə Əhədzadə olan Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilib. Müsabiqəyə ölkəmizlə yanaşı, Özbəkistan, Ukrayna, Qazaxıstan və Rusiyadan iştirakçılar qatılıb.

Müsabiqə violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı olmaqla dörd nominasiya üzrə keçirilib. Sonda müsabiqədə qalib olan iştirakçılar diplom və fəxri fərmanlarla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.