MƏDƏNİYYƏT


Violin ifaçılığı ixtisası üzrə ustad dərsi keçirilib

Bakı, 26 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin 11 aprel 2022-ci il tarixli əmrinə əsasən “Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə Fəaliyyət Planı”na uyğun olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ustad dərsləri keçirilir.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri üzrə uşaq musiqi, incəsənət məktəblərinin şagird və müəllim kollektivinin iştirak etdiyi növbəti ustad dərsini K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində Əməkdar müəllim İlhamə Ağayeva violin ifaçılığı ixtisası üzrə keçirib. O, şagirdlərlə görüş zamanı onlara öz tövsiyələrini verib və violin musiqi alətində düzgün ifa etməyin sirrini bölüşüb.

Qeyd edək ki, ustad dərslərinin keçirilməsində məqsəd məktəblərdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də müəllimlərə metodiki köməklik göstərilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.