MƏDƏNİYYƏT


Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 19-da violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada Dorset Qraflığı Muzeyində konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və Dorset Qraflığı Muzeyinin saytında yer alıb. Camal Əliyev Maksim Stsura (fortepiano) ilə birgə çıxış edəcək. Konsertdə L.V.Bethoven, S.Frank, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

Maksim Stsura fortepiano üzrə beynəlxalq müsabiqələr laureatıdır. O, “Amadeus” kamera orkestri, Estoniya Milli Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri ilə solist kimi çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.