MƏDƏNİYYƏT


Violonçel ifaçısı Camal Əliyev İngiltərədə konsert proqramı ilə çıxış edəcək

Violonçel ifaçısı Camal Əliyev İngiltərədə konsert proqramı ilə çıxış edəcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Violonçel ifaçısı Camal Əliyev oktyabrın 13-də İngiltərədə Norfolk qraflığında, “The Barn” məkanında konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, konsertdə İ.Bax, F.Şubert, F.Şopen və D.Şostakoviçin əsərləri səsləndiriləcək. Camal Əliyevi fortepianoda Ceyms Kolman müşayiət edəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.