MƏDƏNİYYƏT


Violonçel ifaçısı Camal Əliyev Lammermur festivalında çıxış edəcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-dən 22-dək Şotlandiyanın (Böyük Britaniya) İst-Lotian bölgəsində Lammermur Festivalı keçiriləcək.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, tədbir çərçivəsində sentyabrın 18-də violonçel ifaçısı Camal Əliyev çıxış edəcək. Konsertin proqramına N.Paqanini, F.Şopen, R.Şuman, S.Raxmaninov və B.Martinunun əsərləri daxildir.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.