MƏDƏNİYYƏT
Violonçel ifaçısı Camal Əliyev beynəlxalq seminarda çıxış edəcək
Bakı, 27 fevral, AZƏRTAC
Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev aprelin 7-də Böyük Britaniyada "Prussia Cove" Beynəlxalq Musiqi Seminarı çərçivəsində keçiriləcək ustad dərslərində çıxış edəcək.
Azərbaycanlı musiqiçi D.Şostakoviçin "Violonçel və piano üçün 40 nömrəli sonata"sını ifa edəcək. Onu pianoda Anna Fyodorova müşayiət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Camal Əliyevin və "Prussia Cove" Beynəlxalq Musiqi Seminarının saytlarında yer alıb.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]