REGİONLAR


Viran qalmış yurd yeri - Ağdam rayonunun Güllücə kəndindən görüntülər FOTO

Ağdam, 13 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənilərin Azərbaycan ərazilərini işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Güllücə kəndidir.

AZƏRTAC-ın bölgə müxbiri Güllücə kəndinə gedərək erməni vandalizmini lentə alıb. Güllücə kəndi Ağdam şəhərindən 26 kilometr şimalda - Qarabağ düzündədir. İşğaldan əvvəl Güllücə kəndində üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, xəstəxana, uşaq bağçası, şərab zavodu var idi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb.

Ağdam rayonunun Güllücə kəndinin görüntülərini təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.