REGİONLAR
Viran qalmış yurd yeri - Ağdam rayonunun Tağıbəyli kəndindən görüntülər FOTO
Ağdam, 1 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini, bütün infrastrukturu talan edib, dağıdıb və yandırıblar. İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi ölçüyəgəlməz vandalizm aktlarının şahidi oluruq.
AZƏRTAC-ın bölgə müxbiri Ağdam rayonunun Tağıbəyli kəndində erməni vandalizmini lentə alıb.
Tağıbəyli kəndi Ağdam şəhərindən 23 kilometr şimalda - Qarabağ düzündədir. İşğaldan əvvəl bu kənddə üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var idi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb.
Ağdam rayonunun Tağıbəyli kəndinin görüntülərini təqdim edirik.