REGİONLAR


Viran qoyulmuş yurd yeri - Ağdamın Sarıcalı kəndindən görüntülər FOTO

Ağdam, 15 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi ölçüyəgəlməz vandalizm aktlarının şahidi olur, acı təəssüf hissləri keçiririk. Ermənilər 27 ildən artıq dövrdə işğal altında saxladıqları əraziləri ancaq talayıb, dağıdıb, məhv ediblər.

AZƏRTAC-ın bölgə müxbiri Ağdam rayonunun Sarıcalı kəndinə gedərək erməni vandalizmini lentə alıb. Sarıcalı kəndi Ağdam şəhərindən 3 kilometr şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub.

İşğaldan əvvəl Sarıcalı kəndində taxılçılıq, üzümçülük, heyvandarlıq, baramaçılıq, quşçuluq inkişaf etmişdi. Kənddə quşçuluq ferması, Qarabağ quşçuluq stansiyası, su anbarı, orta məktəb, uşaq bağçası, kitabxana var idi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb. Sarıcalı kəndi 1993-cü ildə işğal olunandan sonra ermənilər qədim palıd və qoz ağaclarından ibarət olan 100 hektara yaxın meşə massivini də qırıb məhv ediblər.

Ağdam rayonunun Sarıcalı kəndində törədilmiş erməni barbarlığının görüntülərini təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.