DÜNYA
Virciniya ştatında bir qadının eyni gündə aldığı 30 lotereya biletinin hamısı uduşlu olub
Vaşinqton, 11 mart, AZƏRTAC
Virciniya ştatının sakini Debora Braun yanacaqdoldurma stansiyasında 30 ədəd “Pick 4” lotereya bileti alıb və bu biletlərin hamısı uduşlu olub.
AZƏRTAC xəbər verir ki, biletlərin birinin dəyəri 1 dollar olub. Braun həmin biletlərin hamısında eyni rəqəmlər kombinasiyasını (1-0-3-1) yazmağı qərara alıb. İş belə gətirib ki, bu biletlərin hərəsi Brauna maksimal məbləğdə - 5 min dollar qazanc gətirib.
Braun sonradan etiraf edib ki, əvvəlcə 20 bilet alıb və rəqəmlər kombinasiyasını intuitiv olaraq qeyd edib. Gün ərzində “həmin rəqəmləri görən” Braun daha 10 bilet almağı və həmin biletlərdə də eyni rəqəmlər kombinasiyasını qeyd etməyi qərara alıb. Beləliklə, o, 150 min dollar uduş əldə edib.
Yusif Babanlı
AZƏRTAC –ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]