İDMAN


Virciniyada keçirilən yarışlarda Merilend sakini pauerliftinq üzrə dünya rekordunu təzələyib

Vaşinqton, 11 avqust, AZƏRTAC

Virciniyada ağır atletika üzrə yarışlarda Amerikanın Merilend ştatının sakini Tamara Uolkott dünya rekordunu təzələyib. O, üç əsas hərəkətdə toplam 735 kiloqram qaldıraraq Ginnesin rekordlar kitabına düşüb.

AZƏRTAC xəbər verir ki, bu nəticə Ginnesin rekordlar kitabında qeyd olunub. Həmin qeyddə bildirilir ki, Tamara Uolkott 2022-ci ildə Manassasda keçirilən “World Raw Powerlifting Federation American Pro” yarışlarında iştirak edib və qadınlar arasında yarışlarda ən ağır kumulyativ nəticə göstərərək dünya rekordunu təzələyib.

Uolkottun sözlərinə görə, ağırlıq qaldırmağa cəmi dörd il bundan əvvəl - arıqlamaq və formasını yaxşılaşdırmaq üçün başlayıb. O deyib: “Mən öz uşaqlarımın gözlərinə baxanda yəqin etmək istəyirdim ki, onlara lazımam. Ona görə özümə qayğı göstərməyə başladım”.

Uolkott ümidvar olduğunu bildirib ki, onun göstərdiyi rekord nəticə başqalarını da pauerliftinqlə məşğul olmağa sövq edəcək.

AZƏRTAC –ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.