İDMAN


Virjini Fevr “Lozanna-2020” Təşkilat Komitəsinin yeni prezidentidir

Bakı, 9 yanvar, AZƏRTAC

2020-ci ildə Lozannada keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının İcraiyyə Komitəsi isveçrəli fristaylçı Virjini Fevri Oyunların Təşkilat Komitəsinin yeni prezidenti təyin edib.

AZƏRTAC xəbər verir ki, V.Fevr yanvarın 9-da vəzifəsinin icrasına başlayıb.

Virjini Fevr uzun illər fristaylda (hafpayp) çıxış edib, üç dəfə dünya çempionatında qalib gəlib və üç dəfə büllur qlobus qazanıb. İsveçrəli qış idman növləri üzrə iri beynəlxalq yarışların keçirilməsində fəal iştirak edib. O, bu vəzifədə ötən ilin oktyabrında Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları zamanı qəflətən vəfat edən Patrik Baumannı əvəzləyib.

Ölkədə gənclər idmanının inkişaf problemlərini diqqətlə öyrənən Virjini Fevr əmindir ki, “Lozanna-2020” bu sahəyə güclü təkan verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.