İDMAN


Virtual Formula 1 Azərbaycan Qran-Prisi təşkil olunacaq

Bakı, 21 may, AZƏRTAC

Formula 1 şirkəti martın sonunda virtual “F1 Esports Virtual Grand Prix” çempionatına start verib. “F1 2019” oyun bazasında təşkil olunan çempionatda əvvəlcə 6 mərhələnin - Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monakonun keçirilməsi nəzərdə tutulmuşdu.

AZƏRTAC xəbər verir ki, Formula 1 üzrə dünya çempionatının yeni mövsümü iyulda start götürəcəyindən təşkilatçılar daha 3 virtual yarış təşkil etməyi qərara alıblar. Belə ki, iyunun 7-də pilotlar virtual olaraq Bakı şəhər halqasında mübarizə aparacaqlar. İyunun 14-də Kanada, bir həftə sonra isə Fransa Qran-Pri yarışları baş tutacaq.

Virtual çempionatda Formula 1 yarışlarında iştirak edən 20 pilotdan 7-si iştirak edir. Bunlar Şarl Lekler, Aleks Elbon, Lando Norris, Karlos Sayns, Antonio Covinatsi, Corc Rassell və Nikolas Latifidir.

Mayın 24-də virtual çempionatın növbəti mərhələsi – Monako Qran-Prisi təşkil olunacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Avstraliya, Monako və Fransa Qran-priləri artıq ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada yarışları isə qeyri-müəyyən tarixə təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.