İDMAN


Virtual Formula 2 Azərbaycan Qran-Prisinin iştirakçıları müəyyənləşib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 7-də virtual Formula 2 Azərbaycan Qran-Prisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı şəhər halqasında keçiriləcək yarış üçün komandaların heyəti açıqlanıb. Yarışda “Carlin”, “ART Grand Prix”, DAMS, “UNI-Virtuosi”, “PREMA Racing”, “Charouz Racing System”, “Campos Racing”, “MP Motorsport”, BWT HWA RACELAB və “Trident” komandaları iki pilotla təmsil olunacaq.

Çempionat “YouTube”, “Twitch” və “Facebook” vasitəsilə canlı yayımlanacaq.

Formula 2 və Formula 3 yarışlarının yeni mövsümünə iyulun əvvəlində Avstriyada start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.