ELM VƏ TƏHSİL


“Virtual məktəb”də müəllimlər üçün onlayn təlimlərə qeydiyyat davam edir

Bakı, 13 noyabr, AZƏRTAC

“Virtual məktəb”də qeydiyyatdan keçən müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ilə bağlı ödənişsiz onlayn təlimlərə qeydiyyat davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimlərin məqsədi müəllimlərin platforma vasitəsilə məsafədən tədris aparmaq bacarıqlarını inkişaf etdirmək və onlara dəstək göstərməkdir.

Müəllimlər “Virtual məktəb” (https://virtual.edu.az/) saytında yerləşdirilən sorğu formasını dolduraraq təlimlərə yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.