ELM VƏ TƏHSİL
“Virtual məktəb”də qeydiyyat müvəqqəti dayandırılır
Bakı, 8 sentyabr, AZƏRTAC
“Virtual məktəb”də qeydiyyat prosesi sentyabrın 8-dən müvəqqəti olaraq dayandırılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.
Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.
Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.