ELM VƏ TƏHSİL


“Virtual məktəb”ə qoşula bilməyən şagirdlər qiymətləndirmə ilə bağlı problem yaşamayacaq

Bakı, 13 noyabr, AZƏRTAC

“Virtual məktəb”də dərslər qoşula bilməyən uşaqlar qiymətləndirmə ilə bağlı problem yaşamayacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, texniki səbəblərdən “Virtual məktəb”ə qoşula bilməyən uşaqlarla valideynlər müstəqil məşğul ola bilər. Eyni zamanda, bu şagirdlərin teledərsləri izləmək imkanı var. Birinci yarımilin sonunda uşaqların bilikləri yoxlanılacaq: “Bizim üçün əsas məsələ şagirdlərin bilik əldə etməsidir”.

Xatırladaq ki, “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirə Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanan “Təməl” proqramında aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.