DÜNYA


Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

“Opera” şirkəti eyniadlı brauzerin yeni versiyasını nümayiş etdirib. Əsas yenilik digər brauzerlərin malik olmadığı virtual reallıq (VR) funksiyasının dəstəklənməsinin inteqrasiya olunmasından ibarətdir.

AZƏRTAC “DailyComm” resursuna istinadən xəbər verir ki, tərtibatçılar üçün “Opera Developer 49” versiyasında “HTC Vive”, “Oculus Rift” və “OpenVR” texnologiyası ilə uyğunluq təşkil edən digər qurğular üçün pleyer quraşdırılıb.

Məlumata görə, VR kaskalarında 360 dərəcə formatında videodan istifadə üçün istifadəçilərdən əvvəlcə videoçarxı yükləmək, daha sonra brauzeri bağlamaq və pleyerli ayrıca proqramı işə salmaq tələb olunurdu.

“Opera” şirkətinin diqqəti VR-in birbaşa brauzerdə göstərilməsinin yaradılmasına və tətbiqinə yönəltməsi sayəsində istifadəçilər bundan sonra virtual reallıq videosuna və standart “2D” videosuna öz VR kaskaları vasitəsilə baxa biləcəklər.

Tərtibatçılar üçün son “Opera” versiyasında birbaşa brauzerə quraşdırılan “VR 360” pleyeri qoşulmuş VR kaskasını avtomatik müəyyənləşdirir. İstifadəçi hər dəfə videoya baxan zaman baxış pəncərəsinin yuxarı hissəsində görünən “Virtual reallıqda baxmaq” düyməsi vasitəsilə VR kontentini işə salır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.