MƏDƏNİYYƏT


Virtual tamaşa təqdimatları davam edir

Bakı, 27 iyun, AZƏRTAC

Teatrların sosial şəbəkə hesabları üzərindən virtual tamaşa təqdimatları davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün saat 19:00-da Dövlət “Yuğ” Teatrında “Naməlum Axundzadə” tamaşasının videoyazısı nümayiş olunacaq. Mirzə Fətəlinin komediyaları və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı əsasında hazırlanan tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, səhnə tərtibatçısı mərhum Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamları Leyla Əliyeva və Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər Toğrul Kamal və Aytən Məmmədovadır.

Janrı esxataloji komediya kimi təyin olunan tamaşada Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Elxan Yunis, aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov və Hikmət Rəhimov çıxış edir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının virtual repertuarı da iyunun 27-də Mirzə Fətəli Axundzadə irsi ilə bağlıdır. Bu gün saat 19:00-da teatrın sosial şəbəkə səhifəsində böyük dramaturqun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının kukla tamaşasının videoyazısı yayımlanacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Dövlət Gənc Tamaşaçılar Teatrı isə bu gün bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyicilərə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.