ELM VƏ TƏHSİL
“Viruslar və pandemiya: cari vəziyyət və gələcək, yaxud ümidlər və reallıq” mövzusunda ustad dərsi keçiriləcək
Bakı, 30 may, AZƏRTAC
İyunun 1-də saat 15:00-da Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölməsinin Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov Bakı Dövlət Universitetinin tələbələri üçün onlayn ustad dərsi keçəcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən baş tutacaq dərs “Viruslar və pandemiya: cari vəziyyət və gələcək, yaxud ümidlər və reallıq” mövzusuna həsr olunub.
Virtual ustad dərsdə iştirak etmək istəyən şəxslər mayın 31-i saat 17:00-dək [email protected] və ya [email protected] ünvanlarına müraciət edə bilərlər.