DÜNYA


“Visa” Rusiyada fəaliyyətini dayandırdığına görə 60 milyon dollar zərərə uğrayıb

“Visa” Rusiyada fəaliyyətini dayandırdığına görə 60 milyon dollar zərərə uğrayıb

Bakı, 27 aprel, AZƏRTAC

“Visa” kompaniyası Rusiya ərazisində fəaliyyətini dayandırması səbəbindən 60 milyon dollar zərərə uğrayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat kompaniyanın rüblük hesabatında yer alıb.

Məlumata görə, martın 31-də başa çatan üçaylıq dövrdə kompaniyanın gəliri illik müqayisədə 25 faiz artaraq 7,2 milyard dollara, xalis mənfəəti isə 21 faiz artaraq 3,6 milyard dollara çatıb.

Bununla yanaşı, kompaniya son üç və altı ay ərzində Rusiyadakı törəmə şirkətinin bağlanması nəticəsində 35 milyon dollar inzibati ziyana məruz qalıb. “Visa”, həmçinin Rusiya və Ukraynadakı əməkdaşlarına dəstək üçün 25 milyon dollar xərclədiyini xatırladaraq, son yarım ildə RF məkanında apardığı əməliyyatlardan yalnız 4 faiz gəlir əldə etdiyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.