SİYASƏT
Vitali Kliçko: Bakı və Kiyev şəhərlərinin inkişafı üçün birgə layihələrin həyata keçirilməsində maraqlıyıq
Kiyev, 13 sentyabr, AZƏRTAC
Bakı və Kiyev şəhərləri arasında iqtisadi, mədəni sahələrdə əməkdaşlığın inkişafı üçün çox böyük potensial mövcuddur. Ümid edirəm ki, iki şəhər arasında Qardaşlaşma haqqında niyyət protokolunun imzalanması bu potensialın reallaşdırılmasına təkan verəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Vitali Kliçko bildirib ki, Bakı çox böyük sürətlə inkişaf edir, maraqlı layihələr həyata keçirilir. Biz şəhərlərin inkişafı üçün birgə layihələrin həyata keçirilməsində maraqlıyıq.
Merin sözlərinə görə, Bakı ilə Kiyev arasında çox gözəl əməkdaşlıq var. Bu əməkdaşlığın inkişafında Ukraynanın ən böyük diasporlardan biri Azərbaycan diasporunun da xidməti var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]