CƏMİYYƏT


Vitaminlərin miqdarı qanda yoxlanıldıqdan sonra qəbul edilməlidir

Bakı, 24 noyabr, AZƏRTAC

Sağlam yaşamaq üçün ekoloji cəhətdən təmiz, tərkibi vitaminlərlə zəngin məhsulların qəbulu vacibdir. Lakin elə məqamlar var ki, təbii yolla müxtəlif ərzaqlardan alınan vitaminlər kifayət etmir, əlavə vitaminlərə də tələbat yaranır.

Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “A vitamini görmə fəaliyyətinin tənzimlənməsində, dəridə quruluğun aradan qaldırılmasında və tüklərin tökülməsinin qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir. S vitamini antioksidantdır, bədəndən zərərli radikalların təmizlənməsində iştirak edir. B qrupu vitaminləri orqanizmdə sinir sisteminin normal fəaliyyəti, beyin və bədənin bütün sinirlərinin fəaliyyətini tənzimləməyə xidmət edir. Həmin vitaminləri qidalarla yanaşı iynə və həb şəklində də qəbul etmək mümkündür”.

A vitamini yerkökü, paxlalı bitkilər, meyvə-tərəvəzin, S vitamini isə kərəviz, alma və portağalın tərkibində daha çoxdur. Qidadan kənar vitamin qəbulu zamanı isə bəzi vacib məqamlar nəzərə alınmalıdır.

Həkim-terapevt deyib: “Əslində həmin vitaminlərin miqdarını qanda yoxlamaq, onların səviyyəsini müəyyənləşdirmək və sonra həmin vitaminləri qəbul etmək lazımdır. Həb şəklində olan vitaminləri gün ərzində səhər yeməkdən sonra bir dəfə qəbul edilir. İnyeksiya şəklində olanlar isə gündə bir dəfə dəri altına vurulur”.

Sağlam olmaq üçün ilin bütün fəsillərində qida rasionunun düzgün təşkilinə fikir vermək və mütəxəssis məsləhətinə əməl etmək vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.