Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vladanka Andreeva: Paris Sazişinin hədəflərinə çatmaq üçün daha iddialı vədlərə və qətiyyətli addımlara ehtiyacımız var

Bakı, 22 oktyabr, AZƏRTAC

Paris Sazişinin hədəflərinə çatmaq üçün daha iddialı vədlərə və qətiyyətli addımlara ehtiyacımız var.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə deyib.

V.Andreeva emissiya balansını sıfıra aparan yolu təşviq edən 2030-cu il hədəflərinə çatmaq üçün ölkələrin milli səviyyədə müəyyən edilmiş daha böyük və iddialı töhfələr verməli olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, son otuz ildə BMT iqlim dəyişikliyi ilə bağlı keçirilən konfranslara bütün ölkələri dəvət edərək vəziyyəti müzakirə edir: “Tezliklə Qlazqoda da dünya liderləri iqlim dəyişikliyi ilə mübarizəni müzakirə etmək və bu istiqamətdə görüləcək tədbirlər barədə razılaşmaq üçün toplaşacaqlar”.

Qlobal istiləşməni dünya üçün ciddi problem adlandıran V.Andreeva vədlərin kifayət olmadığını, hərəkətə keçməyin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan hökumətinin beynəlxalq öhdəlikləri yerinə yetirməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi iqlim dəyişikliyinin Azərbaycanda xüsusilə su sektoruna təsir etdiyini də diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə görə, iqlim dəyişmələri müasir dövrün ən ciddi ekoloji çağırışlarından biridir. Nazir müavini bildirib ki, iqlim dəyişmələrinin təsirləri ölkəmizdə də özünü anomal hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə büruzə verir. Bu da adekvat adaptasiya tədbirlərini ön plana çəkir. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədilə ölkəmizdə erkən xəbərdarlıq sistemi təkmilləşdirilir.

“Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ildə ratifikasiya edib, 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf götürüb. Hazırda “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədinə yenidən baxılmaqdadır və hədəfin daha da artırılması istisna edilmir.

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” yanaşmalarının tətbiqi və yaşıl enerji zonasının yaradılması bilavasitə qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə verəcək. Eyni zamanda, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində öz əksini tapmış hədəflər bu sahədə beynəlxalq təşəbbüslərlə tam uzlaşır”, - deyə R.Hacıyev qeyd edib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp, İtaliya Respublikasının ölkəmizdəki səfiri Klaudio Taffuri və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək etimadı bərpa etmək, fəaliyyətləri gücləndirmək və Paris Sazişində verilən vədləri tam şəkildə yerinə yetirmək üçün qlobal tərəfdaşlığın vacib olduğunu qeyd ediblər.

Açılış sessiyasının ardınca hökumət, vətəndaş cəmiyyəti və özəl sektor mütəxəssislərinin, həmçinin İtaliyanın Milan şəhərində COP26 öncəsi konfransa qatılmış azərbaycanlı gənc fəalın iştirakı ilə panel müzakirələri keçirilib. Onlar COP26-nın dörd məqsədinə nail olmaq yollarına dair fikir mübadiləsi aparıblar. COP26-nın məqsədləri: 2059-cu ilədək emissiya balansını sıfıra endirmək və qlobal istiləşməni 1.5 dərəcə ətrafında saxlamaq; icmaları və təbii yaşayış yerlərini qorumaq; maliyyə resurslarını səfərbər etmək; məqsədlərə çatmaq üçün birgə fəaliyyət göstərməkdir.

“COP26-nın məqsədləri – çətinliklər və imkanlar” mövzusunda keçirilən panel müzakirələri zamanı çıxış edən Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva hazırda inkişaf etmiş və ya inkişafda olan ölkə olmasından asılı olmayaraq, hər kəsin iqlim dəyişmələrinin qarşısında həssas olduğunu deyib. Bunun bariz nümunəsi kimi son onillikdə təbii fəlakətlərin sayının 5 dəfə artdığı qeyd edilib.

Xidmət rəisinin sözlərinə görə, qlobal emissiyalarda Azərbaycanın payı 0.15 faiz təşkil edir. Buna baxmayaraq, Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdən biridir: “Bunu bizim çoxillik meteoroloji məlumatların təhlili sübut edir. Əgər 1960-2000-ci illərdə ölkədə il ərzində sel və daşqın hadisələri 2-3 dəfə baş verirdisə, ötən il həmin hadisələrin sayı 35-ə çatıb. Bu il isə Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib. Son iki ildə yaşadığımız quraqlıq həm iqtisadiyyat, həm də əhali üçün böyük problemlər yaşadıb. Bu da iqlim dəyişmələrinin fəsadlarıdır. Kənd təsərrüfatı üçün risklər artıb. İqlim dəyişmələri həm Azərbaycan, həm də digər ölkələrin dayanıqlı inkişaf məqsədlərinə çatması yolunda çətinliklər yaradır. Odur ki, bütün ölkələrin səylərini birləşdirməsinin məqamıdır”.

IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov bildirib ki, digər sahələrdə olduğu kimi ekoloji sahədə də vətəndaş cəmiyyətləri, institutları ictimai nəzarət rolunu oynayırlar: “İctimai nəzarətin effektivliyinə biz öz təcrübəmizdə şahid oluruq. Hazırda təşkilatın “1113 - Təbiətin təcili yardımı” qaynar xəttinə yaşıllıqların məhv olunması ilə bağlı daxil olan müraciətlərin sayı beş il əvvələ nisbətən əhəmiyyətli dərəcədə azalıb. Bu, onu göstərir ki, ictimai nəzarət işləyir və effektivdir. Deməli, şəhərimizdə qanunsuz ağackəsmə halları da azalıb. Eyni zamanda, paytaxtın Qaradağ rayonunda IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz sahibsiz heyvanlarla məşğul olur. Vətəndaşlar və təşkilatlar mərkəzə küçə heyvanlarını gətirir. Həmçinin gün ərzində onlarla müraciət daxil olur. Bu, onu göstərir ki, vətəndaşlar və qeyri-hökumət təşkilatları bu sahədə olduqca fəaldırlar”.

Qeyd edək ki, “COP26 - hər kəs üçün parlaq gələcəyin təminatı” tədbiri dövlət qurumları, diplomatik missiyalar, özəl sektor, vətəndaş cəmiyyəti və mediadan 80-ə yaxın iştirakçını bir araya gətirib. Onlar iqlim dəyişikliyi ilə mübarizədə hökumət, vətəndaş cəmiyyəti və özəl sektorun rolunu müzakirə ediblər. İştirakçılar bir çox ölkənin pandemiyadan zərər çəkmiş iqtisadiyyatlarını yenidən qurduğu bir vaxt "yaşıl bərpa" yollarına dair fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb