DÜNYA


Vladimir Fesenko: Ukrayna Prezidenti seçkilərində ikinci tura iddialı namizədlər çoxdur

Kiyev, 8 fevral, AZƏRTAC

Martın 31-də keçiriləcək prezident seçkilərində azı 6 namizəd ikinci tura iddialıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında “Penta” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, ukraynalı politoloq Vladimir Fesenko söyləyib. Onun sözlərinə görə, 2014-cü il prezident seçkilərində yalnız Poroşenko və Timoşenko iddialı namizəd hesab edilirdisə, indi reytinqlərdə şoumen Vladimir Zelenski onları üstələyir.

Prezident seçkilərinin ikinci turunun olacağını qeyd edən politoloq bildirib ki, seçkiöncəsi Ukraynada yeni inqilabın baş verəcəyi real görünmür. “Maydan” hadisələrindən sonra insanların siyasətçilərə inamı qalmayıb. Çünki verilən vədlər yerinə yetirilməyib. Həm də insanlar inqilabların ölkəyə vurduğu ziyanı görüblər”, - deyə Fesenko əlavə edib.

Xatırladaq ki, artıq 38 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.