SİYASƏT


Vladimir Putin: Heydər Əliyev görkəmli siyasi xadim, ölkələrimizin tarixində birləşdirici simadır

Vladimir Putin: Heydər Əliyev görkəmli siyasi xadim, ölkələrimizin tarixində birləşdirici simadır

Bakı, 25 may, AZƏRTAC

Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Rusiyada Ulu Öndərin yubileyinin layiqincə keçirildiyini vurğulayan Vladimir Putin bildirib ki, Dövlət Dumasında və Federasiya Şurasında sərgilər təşkil edildi, televiziyada sənədli filmlərin nümayişi oldu. “Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.